Kitabda XX əsrin əvvəlləri Azərbaycan ədəbi fikrində qərbçilik meyilləri dövrün mətbuat orqanlarında çap olunmuş, orijinal ədəbi-publisistik əsərlər əsasında tədqiq olunur. Bu meyillərin ictimai-siyasi və tarixi-mədəni köklərinə, ədəbi-estetik prinsiplərinə aydınlıq gətirilir. XX əsrin əvvəllərində Rusiya və Qərb mədəniyyətinə üz tutan ədəbi cərəyanların, mətbu orqanların, ayrı-ayrı şair, yazıçı və publisistlərin çevrəsi müəyyənləşdirilir, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu və Yusif Vəzir Çəmənzəminlinin qərbçilik görüşlərinə və islami dəyərlərə münasibətinə daha ətraflı toxunulur.
Biblioqrafik təsvir
Abdullayeva, Təranə Məhəmməd qızı. Azərbaycan ədəbi fikrində qərbçilik meyilləri: XX əsrin əvvəlləri / T. M. Abdullayeva; elmi red. Z. Ş. Əsgərli.- Bakı: Avropa, 2014.- 152 s.