Kitabda müəllifin son illər mətbuatda çap olunmuş esseləri toplanmışdır. Esselərin mövzusu rəngarəngdir. Müəllif gah xəyal qanadlarında uşaqlıq illərinə səyahət edir, yaddaşına hopanları sözə çevirir, gah da bugünə qayıdır, gördüklərinə bir uşaq gözüylə təzədən nəzər salır. Esselərinin birində anasının yuxu gördüyü evin sözlə şəklini çəkir, başqa bir essesində isə yolun ortasında uşağını döyən ananı "qınamayın" deyir.
Biblioqrafik təsvir
Gültən, Sevil. Uşaqlıq illərimin şəkilləri / S. Gültən; red. Ə. Rzabəyli.- Bakı: Qanun, 2015.- 112 s.