Monoqrafiyada müasir islam fundamentalizminin təşəkkül prosesi izlənilir; onun xarici aləmlə münasibətlərinin başlıca prinsipləri açıqlanır; bu cərəyanın radikallaşmasına rəvac verən amillər araşdırılır; onun maliyyə qaynaqları aşkar edilir; islam fundamentalistlərinin müsəlman dünyası və onun hüdudları haqqında təsəvvürləri təhlil olunur; dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən qeyri-hökumət islam təşkilatları haqqında məlumat verilir; islam fundamentalizminin qloballaşma prosesi ilə əlaqəsi açıqlanır və fundamentalist islam cərəyanı kimi müasir vəhhabiliyin siyasi və əqidəvi prinsipləri göstərilir.
Biblioqrafik təsvir
Mürsəlov, Ramiz Əlibala oğlu. Muasir islam fundamentalizmi: monoqrafiya / R. Ə. Mürsəlov; red. A. M. Məmmədov; AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu.- Bakı: Nurlan, 2004.- 160 s.