- Sərlövhə:
- Seçilmiş əsərləri
- Müəllif:
- Səhhət Abbas
- Nəşr ili:
- 2013
- Annotasiya:
- Azərbaycanda XX əsrin əvvəlinin ədəbi-bədii tufanı, onun həm realist, həm də romantik dalğada qabaran, öz içərisindən aşıb-daşan narahat nəhri məhz Səhhətin poeziyasında durulmuşdur. Sözün əsl mənasında, "millilik" və "millət" anlayışı, "Ana dili" və "Vətən" məhfumu müasirləri, qələm dostları arasında məhz A. Səhhətin zəngin ədəbi-elmi irsində bu qədər aydınlıq kəsb etmişdir. Oxuculara təqdim olunan bu yeni nəşrdə milliyyətçi və hürriyyətçi şairin şeirləri, taziyənələri, satiraları, mənzum məktubları, hekayələri, pyesləri, məqalələri, tərcümələri, eləcə də uşaq şeirləri toplanmışdır.
Biblioqrafik təsvir
Səhhət, Abbas. Seçilmiş əsərləri: [şeirlər, satiralar, taziyanələr, mənzum məktublar, hekayələr, pyeslər, məqalələr, tərcümələr] / A. Səhhət; ill. A. Rəsul.- Bakı: Şərq-Qərb, 2013.- 376 s.