Kitab haqqında

Akademik Milli Dram Teatrı

Akademik Milli Dram Teatrı

Sərlövhə:
Akademik Milli Dram Teatrı
Müəllif:
Rəhimli İlham
Nəşr ili:
2002
Cild:
1
Annotasiya:
İ. Rəhimlinin iki hissədən ibarət "Akademik Milli Dram Teatrı" kitabında ilk dəfədir bu sənət ocağının yaradıcılıq yolu 1873-cü ildən 2002-ci ilə qədər tam şəkildə təhlil və tədqiq edilir. Müəllif yeri gəldikcə əvvəlki tədqiqatlarda təhrif olunmuş faktlara, düzəlişlər, qeydlər verir. Salnamə-ensiklopediya prinsiplərinə əsaslanan kitabda hər ilin repertuar qurumu, tamaşaların premyera günləri, yaradıcı heyət, ifaçılar ayrıca göstərilir, əsərləri oynanılmış bütün dramaturqlar barədə qısaca məlumat verilir. Teatrın 129 illik tarixində baş vermiş mühüm hadisələr hər ilin sonunda xüsusi təqdimat prinsipləri ilə oxuculara çatdırılır.

Biblioqrafik təsvir

Rəhimli, İlham Əziz oğlu. Akademik Milli Dram Teatrı / İ. Ə. Rəhimli; elmi red.: B. Ə. Nəbiyev, İ. S. Kərimov 
I kitab.- Bakı: QAPP-POLIQRAF NPK, 2002.- 440 s.