- Sərlövhə:
- Çağdaşımız Nəsimi
- Müəllif:
- Kərimli Teymur
- Nəşr ili:
- 2019
- Annotasiya:
- XIV-XV yüzilliklərdə yaşayıb yaratmış böyük Azərbaycan şairi Seyid İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Sərəncamına əsasən elan edilmiş "Nəsimi ili"nə həsr edilmiş monoqrafiyada dahi sənətkarın ölməz yaradıcılığının çağdaş əhəmiyyətinə və bu günümüz üçün xalqımız və ümumilikdə bəşəriyyət üçün aktuallığına nəzər salınır, əsas diqqət sufizm və hürufizm qabığından arınmış, mistika çiyidindən təmizlənmiş Nəsimi humanizminin və poetikasının araşdırılmasına yönəldilir. Təbii ki, faciəli taleyi ilə yüzillər boyu dillərdə dastan olmuş Azərbaycan şairinin həyatının ən kiçik detallarının üzə çıxarılmasına lüzum görülmədiyindən, Nəsiminin ölməz poetik irsinin müasir dövrümüz üçün daşıdığı əhəmiyyət klassikin müasirliyi prizmasından diqqətə çatdırılır. Monoqrafiyada İmadəddin Nəsiminin həyat və yaradıcılığının Azərbaycanda yeni yüksək səviyyədə öyrənilməsinin, Nəsimi irsinin nəşri və təbliğinin möhkəm özülünü ucaltmış Ümummilli Lider Heydər Əliyevin bu sahədəki müstəsna fəaliyyətinin qiymətləndirilməsinə xüsusi bölmə ayrılmışdır.
Biblioqrafik təsvir
Kərimli, Teymur Həşim oğlu. Çağdaşımız Nəsimi: monoqrafiya / T. H. Kərimli; elmi red. İ. Ə. Həbibbəyli; ön sözün müəl. C. Cəfərov; AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu.- Bakı: Elm və təhsil, 2019.- 278 s.