Kitabda müəllifin 50 illik şüurlu həyatı dövründə başına gələn əhvalatlar, ailəsi, valideynləri, bacı və qardaşları, müəllimləri və həmkarları ilə bağlı, eləcə də əmək fəaliyyəti dövründə rastlaşdığı hadisələr bədii formada kiçik hekayələr şəklində qələmə alınmışdır. Oxuculara təqdim olunan kitabda insana xas olan ən ülvi hisslər, nəcib xüsusiyyətlər, ailə həyatı, valideyn-övlad, gəlin, qaynana münasibətləri yüksək əxlaqi və tərbiyəvi nöqteyi-nəzərdən qələmə alınmışdır.
Biblioqrafik təsvir
Əhmədov, Əhməd-Cabir İsmayıl oğlu. Yaddaşlarda iz qalanda...: sənədli həyat hekayələri / Ə. İ. Əhmədov.- Bakı: Çaşıoğlu, 2012.- 176 s.