Kitabda bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş İrəvan əyalətinin ən qədim yerli əhalisi olan Azərbaycan türklərinin tarixi barədə zəngin faktik material vardır. Bu əvəzsiz ilk mənbədə Azərbaycanın həmin tarixi bölgəsinin 1590-cı ildəki sosial-iqtisadi durumu, şəhərləri, kəndləri, tarixi coğrafiyası, toponimikası, həyat tərzi barədə çox qiymətli faktlar öz əksini tapmışdır.
Biblioqrafik təsvir
İrəvan əyalətinin icmal dəftəri / AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu; ön sözün müəl. Y. M. Mahmudov; tərt. T. H. Nəcəfli.- Bakı: Çaşıoğlu, 2009.- 688 s.