Kitabda dünyaya məlum olmayan, lakin dünyamızda olan sirli aləmlərə yeni qapılar açılır. Xalçalar və xalça işarələri (predmet yazıları) dünyanın on yeddi ölkəsində olan qayaüstü rəsm və işarələrin sivil davamı kimi antik dünyamızın tarixi sirlərinə sanki mənəvi yollar açır. Dünya fəlsəfəsinin, fəlsəfi fikrinin əzəli kimi ulu peyğəmbərlərin diktələrini özündə təcəssüm etdirir. Kitabda Nuh tufanının danılmaz arqumentləri, "Zənd-Əvəsta" ("Avesta") ilə vəhdətdə İbrahim peyğəmbərin ilkin dini əlamətləri fəlsəfi ideoloji tənliklərlə oxuculara çatdırılır.
Biblioqrafik təsvir
Həmzəyev, Şakir Ağacan oğlu. Azərbaycan xalçalarının açılmamış sirləri / Ş. A. Həmzəyev; red.: R. Əliyev, S. Hüseynov, V. Nərimanov; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.- Bakı: Təhsil, 2014.- 232 s.