Kitabda XIX əsrin əvvəllərində rusların Qafqazı işğal etməsi ilə istiqlalçı Azərbaycan mühacirətinin meydana gəlməsi, mühacirlərin 1918-ci il milli istiqlaliyyət əldə olunana qədərki mərhələsi, 1920-ci il 27 aprel işğalı ilə devrilmiş Azərbaycan müstəqilliyinin yenidən bərpası uğrunda mühacirlərin fasiləsiz olaraq 70 ilə yaxın xarici ölkələrdə apardıqları mübarizə, ağır, təhlükəli, əsəbi həyat şəraitində müxtəlif ölkələrdə, onlarla ictimai-siyasi təşkilatın yaradılması şərh edilir, otuzdan artıq qəzet və dərginin ərsəyə gəlməsindən, yazılan minlərlə əsərdən, nəhayət, milli ideologiyanın daha da dolğunlaşdırılmasından bəhs olunur.
Biblioqrafik təsvir
İbrahimli, Xaləddin Cəlal oğlu. Azərbaycan mühacirəti tarixi / X. C. İbrahimli; elmi red. S. S. Əliyarlı.- Bakı: Elm və Təhsil, 2012.- 372 s.