Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin oxuculara təqdim olunan bu cildində Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında çıxışları, regional əməkdaşlığın daha da genişlənməsinə, enerji təhlükəsizliyi, nəqliyyat sahəsində əməkdaşlıq, terrorizmə qarşı mübarizəni gücləndirmək və digər məsələlərə həsr olunmuş materiallar toplanmışdır. Kitabda prezident İlham Əliyevin GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının Kiyev zirvə görüşündə, Fransaya səfəri zamanı NATO Parlament Assambleyasının yaz sessiyasında, Rumıniyaya səfəri zamanı "Dialoq və tərəfdaşlıq naminə" Qara dəniz forumunda çıxışları, KİV-lərə verdiyi bəyanat və müsahibələri dərc olunmuşdur. Cilddə, həmçinin, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə əlaqədar ölkəmizin prinsipial mövqeyindən bəhs edən çıxışları da öz əksini tapmışdır.
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar / İ. H. Əliyev. 17-ci kitab: may 2006- iyun 2006.- Bakı: Azərnəşr, 2014.- 392 s.