Kitabda ilk dəfə olaraq Məhəmməd Füzulinin ümumi yaradıcılığı üçün xaralterik olan bir sıra məsələlərin- Füzulinin fəlsəfi-dini görüşləri, etik-estetik qənaətləri, sufizmə münasibəti, məhəbbət konsepsiyası və s. kimi mövzuların dahi söz ustadının ərəbcə poetik irsindəki təcəssüm və bədii təfsiri araşdırılır. Füzulinin ərəbcə şeirləri ərəb poetik ənənələri zəminində tədbiq edilərək mövzu seçimində ənənə və varislik əlaqələri, poetik ifadə tərzi və leksik fonddakı ümumi müştərəklik üzə çıxarılır.
Biblioqrafik təsvir
Cümşüdlü, Rühəngiz Aydın qızı. Füzulinin ərəbcə poetik irsi: monoqrafiya / R. A. Cümşüdlü; elmi red. G. B. Baxşəliyeva; AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu.- Bakı: R.M. Kompani- 1, 2012.- 240 s.