Kitabda sirli-sehrli təbiətin ibtidai düşüncədən günümüzə qədərki mənzərəsi xalq təsəvvüründa, şifahi və yazılı ədəbiyyatında olanlar baxımından konkret faktlarla açılmaq məqsədi daşıyır. Mif, əfsanə, nağıl, epos, dastan, rəvayət, şərqi, bayatı, atalar sözü, məsəl və s. kontekstində deyilənlər ekohəyat, ekotəbiət səviyyəsində gəlinən yolun mahiyyətini bir missiya olaraq geniş oxucu kütləsinə çatdırmağa köklənir.
Biblioqrafik təsvir
Allahmanlı, Mahmud Qara oğlu. Ekosistem, ekohəyat və ədəbiyyat / M. Q. Allahmanlı, X. Sultanlı; elmi red. E. Quliyev.- Bakı: Zərdabi Nəşr MMC, 2024.- 272 s.