"Nəsimi və söz" kitabında klassik ədəbiyyatda insanın kamilləşməsində önəmli yeri olan söz dəyərləndirilir. Nəsimi sözünün məna qatları və fərqli poetik düzəninin bir qismi - nəsimisayağı düzən və o cümlədən bu günə qədər tədqiqat obyekti olmayan bir neçə nadir Şərq poetik fiquru öz təhlilini tapır.
Biblioqrafik təsvir
Quliyeva, Mahirə. Nəsimi və söz / M. Quliyeva; ön sözün müəl. İ. Ə. Həbibbəyli; red. Q. Paşayev; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm və təhsil, 2019.- 160 s.