Çin xalqının əldə etdiyi nailiyyətlərin hərəkətverici qüvvəsi nə olmuşdur? İslahatların ana xəttini nə təşkil etmişdir? Çinin qloballaşan dünya iqtisadiyyatında yaxın və uzaq gələcəkdə rolu necə dəyişəcəkdir? Kitabda bu kimi suallara cavab verməyə cəhd edilmişdir. Kitabda qloballaşan dünya iqtisadiyyatının inkişaf meyilləri, qanunauyğunluqları araşdırılmış, müqayisəli təhlillər əsasında ölkələrin iqtisadi inkişaf modelləri barədə ümumiləşdirmələr verilmişdir.
Biblioqrafik təsvir
Səmədzadə, Ziyad Əliabbas oğlu. Çin qlobal dünya iqtisadiyyatında / Z. Ə. Səmədzadə.- Bakı: Elm və Təhsil, 2009.- 608 s.