Bu cilddə zəmanəmizin görkəmli şəxsiyyəti, indiki dünyanın nüfuzlu liderlərindən biri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının 1996-cı ilin noyabrından 1997-ci il martın əvvəlinədək olan dövrdəki çıxışları, mühazirə, nitq, müsahibə, bəyanat, məktub və təbrikləri nəşr edilir. Materiallarda Azərbaycan movqeyinin dünya birliyində möhkəmləndirilməsi, ATƏT-in Lissabon zirvə toplantısında Ermənistan- Azərbaycan münaqişəsinin ədalətli, beynəlxalq hüquq ölçülərinə uyğun istiqamətdə həll edilməsi barədə tarixi qərarı və bu qərarın qəbul edilməsində Azərbaycan nümayəndə heyətinin müdrik, cəsarətli fəaliyyəti, Azərbaycanın dünyanın qabaqcıl ölkələri ilə iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi, türk xalqları arasında dostluq və qardaşlığın daha da möhkəmləndirilməsi, Azərbaycan iqtisadiyyatının, elm və mədəniyyətinin inkişaf etdirilməsi uğrunda Azərbaycan Prezidentinin əsaslı və dolğun fəaliyyəti parlaq əks olunmuşdur.