Kitab haqqında

Azərbaycanın xovsuz xalçaları

Azərbaycanın xovsuz xalçaları

Azərbaycanın xovsuz xalçaları
Sərlövhə:
Azərbaycanın xovsuz xalçaları
Müəllif:
Əliyeva Kübra Muxtar qızı
Nəşr ili:
2025
Annotasiya:
Sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi Əliyeva Kübra Muxtar qızının bu kitabı Azərbaycanın ən qədim xalça sənəti növlərindən biri olan xovsuz xalça sənətinin təşəkkülü və inkişafına həsr edilmişdir. Kitabda xovsuz xalça sənətinin inkişafının əsas istiqamətləri təyin edilmiş, xovsuz xalçaların xarakterik xüsusiyyətləri qeyd olunmuş, lokal xalça məktəbləri və onların tərkibində inkişaf etmiş yarımməktəblər müəyyənləşdirilmişdir. Mətndə əsrlər boyu köçəri elat-tərəkəmə və oturaq kənd xalçaçılarının məişətdə istifadə edilən xovsuz xalçalar texniki və bədii cəhətdən növlərə bölünmüş, ayrı-ayrı nümunələrin bədii təhlili verilmişdir.

Biblioqrafik təsvir

Əliyeva, Kübra Muxtar qızı. Azərbaycanın xovsuz xalçaları / K. M. Əliyeva; layihənin rəh. C. Osmanlı; elmi red. S. Sadıxova; British Petroleum, Təşəbbüslər və Layihələr Mərkəzi.- Bakı, 2025.- 352 s.