Dərs vəsaiti Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna rol oynamış xoronimlərə həsr edilmişdir. Kitabda Azərbaycan, Albaniya, Aran, Girdman və Atabəylər dövlətlərinin adları, Qarabağ, Mil, Muğan, Şirvan və s.- oronimlər, eləcə də Cavad, Cavanşir, Ərəş qəza adları tarixi-linqvistik müstəvidə tədqiq edilmişdir.
Əsgərov, Nəbi Ələsgər oğlu. Adın tarixi, tarixin adı- paleotoponimlər: dərs vəsaiti / N. Ə. Əsgərov; elmi red. N. M. Xudiyev; Azərbaycan Dövlət Pedaqoji Universiteti.- Bakı: Elm və Təhsil, 2010.- 280 s.