- Sərlövhə:
- Xərçəng tropiki
- Müəllif:
- Miller Henri
- Nəşr ili:
- 2014
- Annotasiya:
- Roman müəllifin Fransada, əsasən Parisdə keçirdiyi illərdən, Parisdəki həyatın ən fərqli tərəflərindən, özü də daxil olmaqla, oradakı sənətçilərin yaşamaq və yaratmaq uğrunda apardığı uğurlu-uğursuz mücadilələrindən bəhs edir. Müəllifin təsvir etdiyi Paris başqa Parisdir. Henri Millerin Parisində sənət və gözəlliklə bərabər, uğursuz yazarlar, səfalətin zirvəsinə dırmanmış mühacirlər, həyatın dibində çapalayan insanlar da var. Və hamısının mükəmməl, sarsıdıcı təsvirləri... İlk baxışdan xaotik, amma daxili düzəni olan, fəlsəfə ilə, sənət ilə reallığın sərt formada qarşı-qarşıya qoyulduğu bir romandır "Xərçəng tropiki".
Biblioqrafik təsvir
Miller, Henri Valentin. Xərçəng tropiki: roman / H. V. Miller; ing. dilindən tərc. R. Səfər; red. S. Əhmədbəyli.- Bakı: Qanun, 2014.- 368 s.