Kitabda əsasən türkologiyada antroponimlərin vəziyyəti, inkişaf xüsusiyyətləri haqqında ümumiləşdirici mülahizələrin irəli sürülməsi nəzərə çarpır. Qədim türk qəbilə quruluşu dövründə şəxs adlarının səviyyəsi ətraflı şəkildə araşdırılır. Azərbaycan familiyalarının yaranma və inkişaf prosesi zəngin faktlar əsasında işıqlandırılır. Ümumiyyətlə, antroponimlərin sosial, sinfi səviyyəsinin açılmasına üstünlük verilir.
Biblioqrafik təsvir
Əliyev, Həsən Əlirza oğlu. Azərbaycan antroponimikasının inkişaf mərhələləri / H. Ə. Əliyev; elmi red. A. Paşayev.- Bakı: İqtisad Universiteti nəşriyyatı, 2004.- 400 s.