Monoqrafiyada XX əsrdə və XXI əsrin ilk onilliklərində Şəkidə yaşayıb-yaratmış, uzun illər "Səbuhi" ədəbi məclisinin üzvü olmuş, satiralarında M.Ə. Sabir, lirik-aşiqanə qəzəllərində Əliağa Vahid, gəraylı və qoşmalarında zəngin aşıq şeiri ənənələrini davam etdirmiş istedadlı el şairi Yaqub Mahirin poetik irsi-mühiti, dövrü, həyat və yaradıcılığı yer almışdır. Müəllif şairin maraqlı və məşəqqətli ömür yolunu, cəmiyyətə satirik baxışının məcmuyu olan satiralarını, poetik irsinin ayrı-ayrı mövzularını, əsərlərində xalq ədəbiyyatından istifadə imkanlarını və yaradıcılığının sənətkarlıq qüdrətini ilk dəfə geniş şəkildə təhlilə cəlb etmişdir.
Biblioqrafik təsvir
Adışirinov, Kamil Fikrət oğlu. Yaqub Mahirin poetik irsi: dövrü, mühiti, həyatı və yaradıcılığı: monoqrafiya / K. F. Adışirinov; elmi red. B. M. Babayev; AMEA Şəki Regional Elmi Mərkəzi.- Bakı: Elm və təhsil, 2020.- 352 s.