Müəllifin bu kitabı şair-publisist-naşir-tərcüməçi, texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadənin anadan olmasının 50 illiyinə həsr edilmişdir. Portret-monoqrafiya kimi düşünülmüş bu kitabda müəllif Elçin İsgəndərzadənin həyat və sənət yolunu, Azərbaycanda və xarici ölkələrdə bir şair və alim kimi şöhrət qazandığını, müxtəlif sənət adamlarının onun yaradıcılığı ilə bağlı fikir və mülahizələrini işıqlandırır.
Biblioqrafik təsvir
Yusifli, Vaqif. Bu Elçin İsgəndərzadədir!: portret-monoqrafiya / V. Yusifli; red. Q. Bayramov; ön sözün müəl. B. Ə. Xəlilov; "Vektor" Beynəlxalq Elm Mərkəzi.- Bakı: Vektor Nəşrlər Evi, 2015.- 230 s.