Kitab Qarabağın ən qədim aborigen və iri türk tayfalarından biri olan Qarqar uruqları və amazonlara (döyüşçü qadınlara) həsr olunmuşdur. Müəllif ulu baba və nənələrimizin iziylə Böyük Qafqaza, onun quzeyinə, Dəşti-Qıpçaq çölünə (indiki "Böyük Rus çölü")səyahətə çıxmış, sonra Güney-İran Azərbaycanında (Ərdəbil, Təbriz) səfərdə olmuş, zəngin təəsuratını qələmə almışdır. Kitabda ulu türk babalarımızın ilk dövlət qurumlarına, onların axın etdikləri uzaq ölkələrdə; İtaliya (Roma şəhərinin), Ukrayna (Kiyev şəhərinin) və Rusiyada (Moskvada məşhur barı və qüllərinin) yaradıcı, qurucu əməyinə, özləri ilə apardıqları mədəniyyətə toxunulmuşdur. Qarqar uruqlarilə Turiva (Troya) uğrunda çiyin-çiyinə vuruşmuş amazonlarla yanaşı, onların çağdaş davamçıları; II Cahan müharibəsində və Qarabağ savaşında fərqlənmiş qeyrətli döyüşçü ana və bacılarımız haqqında yazılara da yer ayrılmışdır.
Biblioqrafik təsvir
Məmmədov, Aydın Babaş oğlu. Azərbaycanın Qarqar uruqları və amazonlar / A. B. Məmmədov; elmi red. M. A. Nuriyeva; red. H. Həsənov.- Bakı: Mütərcim, 2015.- 384 s.