Kitabda 1978-ci il aprel çevrilişindən XXI əsrin əvvəllərinə qədər Əfqanıstanda və onun ətrafında baş verən hadisələrdən bəhs olunur. Müvafiq fəsillərdə SSRİ-nin Əfqanıstana hərbi təcavüzünün gedişi və nəticələri, işğal illərində ölkədə gedən hərbi-siyasi proseslər, silahlı əfqan müxalifətinin tərkibindəki qruplaşmalar, Sovet qoşunlarının çıxmasından sonrakı mərhələdə baş verən olaylar, mücahidlər və Taliban hakimiyyəti dövründəki durum və nəhayət, ABŞ-ın Əfqanıstana müdaxiləsinin doğurduğu situasiya təhlil edilir. Bütün bu məsələlər Böyük oyunun yeni mərhələsi kimi - Əfqanıstanda regional və qlobal güclərin geosiyasi mübarizəsi kontekstində nəzərdən keçirilir.
Biblioqrafik təsvir
Məhəmmədi, Məsiağa Əhməd oğlu. Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə / M. Ə. Məhəmmədi; elmi red. G. Paşayeva; Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi.- Baku: Print X.M. MMC, 2017.- 220 s.