Kitabxana-informasiya sahəsinə dair ənənəvi terminlərlə yanaşı son zamanlar yeni terminlər də yaranmışdır. Kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı, kitabxanalarda informasiya texnologiyalarının tətbiqi bu sahədə yeni terminlərin yaranmasına səbəb olmuşdur. Bu lüğət kitabxanaçılara sahəyə aid yeni sözlər haqqında bilgilərini zənginləşdirməyə və yeni texnologiyaların kitabxana-informasiya sahəsində tətbiqi üçün geniş imkanlar yaradacaqdır.
Biblioqrafik təsvir
Kitabxana-informasiya terminlərinin qısa lüğəti / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi; tərt.: L. A. Məmmədova, M. H. Əhmədov, S. Ə. Abbasov.- Bakı: Nurlar NPM, 2010.- 144 s.- Azərbaycan və rus dillərində.