Kitabda tarixi Qazax bölgəsinə bağlı, milli tariximizdə və ədəbiyyatımızda adları ehtiramla çəkilən isimlərin mənsub olduğu əsilzadə Vəkiloğulları (Kosalılar, Vəkilovlar) soyunun 400 illik bir zamanı əhatə edən şəcərəsi etno-tarixi proseslərin axarında və ulu əcdaddan başlamaqla xronoloji əsasda təqdim olunur. Araşdırma tarixi qaynaqlara, arxiv sənədlərinə, etnoqrafik materiallara, epiqrafik mətnlərə, keçmişlərdən qalma ailə sənədlərinə, soyla bağlılığı olan bilgili şəxslərin məlumatlarına əsaslanır.
Biblioqrafik təsvir
Umudlu, İsmayıl Balı oğlu. Vəkiloğulları: əsilzadə soyun tarixi və şəcərəsi / İ. B. Umudlu.- Təkmilləşdirilmiş nəşr.- Bakı: Apostroff, 2016.- 584 s.