Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan "İnkişaf- məqsədimizdir" çoxcildliyinin 50-ci - yubiley nəşrində dövlət başçısının Xorvatiya, Koreya və Çexiyaya səfərləri, həmçinin Gürcüstan və Qırğız prezidentlərinin Azərbaycana səfərləri zamanı bu ölkələrin dövlət və hökumət rəhbərləri ilə çoxsahəli əlaqələrin inkişafından, enerji və qeri-neft sektoruna aid bağlanan müqavilələrdən, sazişlərdən, beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsindən bəhs olunur. Digər cildlərdə olduğu kimi, bu cilddə də Azərbaycanın uğurla aparılan daxili və xarici siyasətinə, iqtisadi potensialın möhkəmlənməsinə, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərinə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapmışdır.
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev. 50-ci kitab: fevral 2012 - aprel 2012.- Bakı: Azərnəşr, 2017.- 400 s.