Kitab haqqında

Erməni əsirliyində: işgəncə və qətl antologiyası

Erməni əsirliyində: işgəncə və qətl antologiyası

Sərlövhə:
Erməni əsirliyində: işgəncə və qətl antologiyası
Nəşr ili:
2017
Annotasiya:
Kitab müxtəlif yaşa məxsus insanların xatirələri əsasında tərtib edilmişdir. Xatirələr qadın, uşaq, qocalara, eyni zamanda həm mülki şəxslərə, həm də hərbçilərə aiddir. Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və erməni separatçı, terrorçu-quldur dəstələri tərəfindən əsir-girov götürülmüş azərbaycanlılara, o cümlədən digər xalqların nümayəndələrinə qarşı adi insani dəyərlərin və beynəlxalq humanitar hüquq normalarının pozulması faktları toplanmışdır. Bunlar adi xatirələr deyil, insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərini təsdiq edən ifadələrdir. Kitabda əsir-qirovluqdan azad edilmiş 1440 Azərbaycan vətəndaşından 339 nəfərinin ifadəsi toplanmışdır.

Biblioqrafik təsvir

Erməni əsirliyində: işgəncə və qətl antologiyası / tərt.: E. Səmədov, E. Vəliyev, C. Ağayev; red.: B. Məmmədov, Y. İsmayılov, F. İsmayıllı.- Bakı: Təhsil, 2017.- 368 s.