Kitabda 90-cı illərin başlanğıcında Azərbaycan radiosunda Respublikamızda dilimizin ünsiyyət vasitəsi kimi işlənməsi problemlərinə həsr olunmuş 50 verilişin mətni toplanmışdır. Kitabda dilimizin tədrisində və təbliğində ortaya çıxan problemlər, habelə dil və mədəniyyət, dil və cəmiyyət kimi məsələlərə də aydınlıq gətirilir.