Kitab haqqında

Gömrük statistikası və müasir informasiya texnologiyaları

Gömrük statistikası və müasir informasiya texnologiyaları

Sərlövhə:
Gömrük statistikası və müasir informasiya texnologiyaları
Müəllif:
Yadigarov Təbriz
Nəşr ili:
2020
Annotasiya:
Kitabda gömrük statistikası və informasiya texnologiyalarının predmeti, obyekti, məqsədi, cəmiyyətdə rolu və yeri, xarici ticarətin gömrük statistikasında ilkin məlumatların emalı üsulları, statistik cəmləmə və qruplaşdırma, xarici ticarətin gömrük statistikasında indeks metodu, struktur indeksi, xarici ticarətin gömrük statistikasında amil üsulu və statistik kəmiyyətlər, dinamika sıraları və onların növləri, gömrük statistikasında ticarət sistemləri və təsnifat bazası, Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikası metodologiyasının tətbiqi ilə statistik dəyərin hesablanması, güzgülü statistikanın əsas məqsədi, müqavilə-ticarət şərtləri ilə bazis ticarət şərtlərinin eyniliyi və fərqliliyi, gömrük statistikasında entropiya, informasiyanın miqdarı və faydalılığı, gömrük statistikasında göstəricilər arasındakı əlaqə sıxlığının qiymətləndirilməsi metodları, MS Excel və EViews proqram paketlrinin tətbiqi ilə gömrük statistikasında xarici ticarət əməliyyatlarının təhlili, informasiya və avtomatlaşdırılmış informasiya sistemləri, onların sinifləri və elektron sənəd dövriyyəsi zamanı informasiya texnologiyalarının iş prinsipi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin avtomatlaşdırılmış informasiya sistemi, gömrük statistikasında informasiya texnologiyalarının, o cümlədən blokçeyn texnologiyasının tətbiqinin üstün və çatışmayan cəhətləri və EViews proqram paketində gömrük üzrə daxilolmaların dövlət büdcəsinə təsirinin statistik təhlili və qiymətləndirilməsinə aid məsələlərin nəzəri və praktiki əsasları şərh edilmişdir.

Biblioqrafik təsvir

Yadigarov, Təbriz Abdulla oğlu. Gömrük statistikası və müasir informasiya texnologiyaları: monoqrafiya / T. A. Yadigarov; elmi red.: A. F. Musayev, C. B. Namazova; AMEA İqtisadiyyat İnstitutu.- Bakı: Avropa, 2020.- 520 s.