Dərslikdə Azərbaycanın inzibati hüququ ilk dəfə olaraq müstəqil dövlətçilik ideyaları kompleksi bazasında nəzərdən keçirilir. Müəllif inzibati-hüquqi tənzimləmənin obyekti, metodları və məqsədlərinə, icra hakimiyyəti ilə qarşılıqlı münasibətlərdə vətəndaşların hüquq və vəzifələrinə, icra hakimiyyəti fəaliyyətinin xüsusiyyətləri, quruluşu, fəaliyyət formaları və metodlarına, inzibati-hüquqi təsir vasitələrinə, habelə inzibati hüququn xüsusi hissəsinin başlıca institutlarına diqqət yetirir.
Biblioqrafik təsvir
Abdullayev, Elşad İslam oğlu. Azərbaycanın inzibati hüququ: dərslik / E. İ. Abdullayev; Azərbaycan Beynəlxalq Universiteti II cild: Xüsusi hissə / elmi red. L. H. Hüseynov.- Bakı: ABU, 2007.- 591 s.