Optik rəqəmli telekommunikasiya sistemləri və şəbəkələri
Optik rəqəmli telekommunikasiya sistemləri və şəbəkələri
Sərlövhə:
Optik rəqəmli telekommunikasiya sistemləri və şəbəkələri
Müəllif:
Verdiyev Sakit
Nəşr ili:
2018
Annotasiya:
Dərs vəsaiti, sinxron rəqəm iyerarxiya (SDH) texnologiyasından istifadə edərək optik rəqəmli telekommunikasiya sistemlərinin və şəbəkələrinin qurulmasına, optik kabellərin konstruksiyalarının seçilməsinə və onların əsas xarakteristikalarının öyrənilməsinə həsr olunmuşdur. Dərslik, optik liflər və kabellər, optik birləşdiricilər, verici və qəbuledici modullar, oplik lifli gücləndiricilər, sıx dalğa uzunluğuna görə sıxlaşdırmanın elementlərini həmçinin, sinxron va plezioxran rəqəm iyerarxiya sisteminin və şəbəkələrinin qurulma texnologiyası haqda əsas məlumatları əhatə edir. Burada, SDH texnologiyasının qurulma prinsipi, multipleksləmə metodları, dövrü strukturun yaradılması, virtual konteynerin və trib bloklarının formalaşması, bölmə və trakt başlıqlarının tərkibi, başlıq sahələrinin təyinatı haqda əsas məlumatlar da öz əksini tapmışdır.
Biblioqrafik təsvir
Verdiyev, Sakit Qambay oğlu. Optik rəqəmli telekommunikasiya sistemləri və şəbəkələri: dərs vəsaiti / S. Q. Verdiyev, İ. M. Məmmədov; elmi red. E. M. Namazov; Azərbaycan Texnologiya Universiteti.- Gəncə, 2018.- 290 s.