Kitabda əsas diqqət kabuslar və ruhlar haqqında olan şayiələrə deyil, insan psixikasının mürəkkəb və birməna kəsb etməyən təbiəti haqqında, insanların kosmos qüvvələrindən asılılığı haqqında həqiqi hadisələrə və faktlara yönəldilmişdir. Ölümdən sonrakı həyatın olması, ölümdən sonra insanı gözləyən həyat məsələləri, insanın ölümdən sonra yox olması və ya digər mövcudluq formasına keçməsi haqqındakı fikirlər, mistik həyat, onun möcüzələrinə kitabda diqqət yetirilmişdir, paranormal hadisələr, ruhların möcüzələri, polterqeyst fenomeni, ruhun bədəndən bədənə keçməsi, spiritizm, axirət dünyasından gələn yazılar və səslər, klinik ölüm və s. məsələlər kitabda elmi baxımdan və dəqiq məlumatlar əsasında təhlil olunmuşdur.
Biblioqrafik təsvir
Əhmədov, Yaşar Paşa oğlu. Ruhlar dünyasının fəlsəfəsi / Y. P. Əhmədov; red. İ. Z. İsmailov.- Bakı: UniPrint, 2007.- 559 s.