Kitab müasir Azərbaycan dilçiliyinin və ümumilikdə, türkologiyanın ən maraqlı və maraqlı olduğu qədər də aktual olan problemlərindən birinə - xalqımızın mənəviyyat salnaməsi olan ölməz abidənin dilindəki alınma faktların müasir Azərbaycan ədəbi dilinin təşəkkülü və qohum dillərlə müqayisəsi kontekstində təhlilinə həsr olunmuşdur. Monoqrafiyada Azərbaycan dilçiliyində və ümumilikdə türkologiyada ilk dəfə olaraq, "Kitabi-Dədə Qorqud" abidəsinin dilində işlənmiş ərəb və fars mənşəli feil komponentlərinin sistemli və təfsilatlı leksik-semantik araşdırması təklif edilir.
Biblioqrafik təsvir
Əliyeva, Sevinc. "Kitabi-Dədə Qorqud"un mürəkkəb feilləri: monoqrafiya / S. Əliyeva; red. M. Z. Nağısoylu; AMEA Nəsimi adına Dilçilik İnstitutu.- Bakı: Elm və təhsil, 2017.- 376 s.