Kitab haqqında

Məhv olmuş həyat

Məhv olmuş həyat

Sərlövhə:
Məhv olmuş həyat
Müəllif:
Abdullayev Çingiz
Nəşr ili:
2017
Cild:
1
Annotasiya:
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Bumeranq zərbəsi" adlı romanında seriya qatilin axtarışlarına cəlb edilmiş hüquq-mühafizə orqanlarının üzləşdiyi çətinliklər təsvir olunur. Hadisələr Rusiaynın bir neçə şəhərində cərəyan edir, daha doğrusu, seksual manyak olan qatil ayrı-ayrı şəhərlərdə eyni üsulla dalbadal qətllər törədir. Tədbirlilikdə və amansızlıqda Çikatilo ilə muqayisə olunan qatilin qurbanları əsasən gənc və gözəl qadınlardır. O, qurbanlarını səbirlə izləyir, yaxalayır və zorlayıb öldürür, amma heç bir iz qoymur. Onu görən də yoxdur. Ufada qətl törədib Çelyabinskə gedir, oradan başqa şəhərə keçir. Moskvadakı yüksək rütbəli milis məmurları başını itirib. İşə məşhur xəfiyyə və psixoanaliz üzrə professor da cəlb olunur. Bu iki ekspert qatilin psixoloji portretini yaradır, onun intellektual, yaraşıqlı, ünsiyyətcil və gənc bir adam olduğunu deyirlər. Yüksək rütbəli milis zabitləri bundan narazı qalır...

Biblioqrafik təsvir

Abdullayev, Çingiz Akif oğlu. Məhv olmuş həyat: trilogiya / Ç. A. Abdullayev. 
I kitab: Bumeranq zərbəsi: [roman] / rus dilindən tərc. S. Əhmədova.- Bakı: TEAS Press, 2017.- 208 s.