Monoqrafiya Nəsiminin dilinin tarixi-dialektoloji tədqiqinə həsr olunmuşdur. Nəsiminin əsərlərindən seçilmiş fonetik, morfoloji, leksik dialektizmlər tarixi müqayisəli aspektdə tədqiq olunur. Əsərdən belə nəticəyə gəlmək olur ki, XIV əsr Azərbaycan ədəbiyyatının dili bir tərəfdən canlı xalq dilinə, digər tərəfdən klassik ədəbi dilə istinad etmişdir.
Biblioqrafik təsvir
Məmmədova, Qüdsiyyə Gülhüseyn qızı. Nəsiminin dili və Azərbaycan şivələri: monoqrafiya / Q. G. Məmmədova; red. heyəti: A. A. Axundov [et al.]; elmi red. A. Əlizadə; AMEA Nəsimi adına Dilçilik İnstitutu.- Bakı: Nurlan, 2004.- 156 s.