- Sərlövhə:
- Gələcək çox tez gələcək
- Müəllif:
- Nəbioğlu İbrahim
- Nəşr ili:
- 2025
- Annotasiya:
- "Gələcək çox tez gələcək" təkcə elmi-publisistik məqalələr toplusu deyil, o, gələcəyə atılmış bir düşüncə körpüsüdür. Kitab oxucunu zamanın təkərləri arasında səssizcə fırlanan, böyük inqilablar doğuran ideyalar səyahətinə çıxarır; bu nəşr insan ruhunun aydınlığa can atmasının təcəssümüdür. Buradakı yazılar müstəqil mətnlər deyil - onlar bir bütövün, müəllifin elmifəlsəfi dünyagörüşünün parçalarıdır. İbrahim Nəbioğlunun futuristik baxışı, elm və texnologiyanın sosial transformasiyaya təsirinə dair mülahizələri həm klassik, həm də çağdaş düşüncə sistemlərinə inteqrasiyası ilə seçilir. Kitabda cəmiyyətin intellektual inkişafının müxtəlif aspektləri nəzərdən keçirilir.
Biblioqrafik təsvir
Nəbioğlu, İbrahim. Gələcək çox tez gələcək: [elmi-publisistik məqalələr] / İ. Nəbioğlu; red. F. Cəfərli.- Bakı: TEAS Press, 2025.- 404 s.