Oxuculara təqdim olunan bu kitabda tarixi Azərbaycan ərazisinin ümumi mənzərəsinə nəzər salınmış, Azərbaycan Cümhuriyyətinin (1918-1920) ərazisi, onun ümumi sahəsi və sərhədləri öyrənilmiş, 1920-ci ilin aprel işğalından sonrakı sovet dövründə Azərbaycan SSR (1920-1991) ərazilərinin Ermənistana verilməsi prosesi konkret faktlar və dövrün ilkin arxiv sənədləri əsasında araşdırılmış, Azərbaycan Cümhuriyyətinin 113895,97 km2 ərazisinin Azərbaycan SSR dövründə 86600 km2-ə endirilməsi, başqa sözlə Azərbaycanın 27300 km2 ərazisinin Azərbaycan xalqının iradəsinə zidd olaraq onun əlindən alınması prosesinin obyektiv mənzərəsi yaradılmışdır.
Biblioqrafik təsvir
Qafarov, Vasif Vaqif oğlu. Azərbaycan ərazisi: 1918-2025 / V. V. Qafarov, X. R. Vəliyev; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: Hərbi Nəşriyyat, 2025.- 160 s.