- Sərlövhə:
- Üzüm
- Nəşr ili:
- 2018
- Annotasiya:
- Kitabda respublikanın təbii-iqtisadi bölgələrinin torpaq-iqlim şəraiti nəzərə alınaraq yetişdirilməsi tövsiyə edilən üzüm sortlarının və üzümlüklərin salınması üçün torpaq sahələrinin seçilməsi, əkinə hazırlıq zamanı həyata keçirilən tədbirlər, üzümün innovativ becərilmə texnologiyası, aqroekologiyası, əsas xəstəlik və zərərvericiləri, onlara qarşı müasir inteqrir mübarizə üsulları, qida maddələrinin çatışmazlığından üzümdə yaranan xəstəliklər və onların aradan qaldırılması yolları, üzümün inkişaf və boyatmasına, məhsuldarlığına və məhsulun keyfiyyətinə torpaq-iqlim şəraitinin təsiri və s. amillər haqqında məlumat verilir. Həmçinin üzümün becərilməsi və üzüm-şərab istehsalı ilə məşğul olan müəssisələrdə effektli istehsalın təşkili üçün risk amilləri təyin edilərək, təhlil edilmiş və qarşıya çıxan risklərin mənfi təsirlərindən sığortalanmaq məqsədilə preventiv tədbirlər müəyyənləşdirilib. Üzümçülük-şərabçılıq müəssisələrinin məruz qaldığı müxtəlif növ risklər və yaranmış vəziyyətdə iqtisadi subyektin fəaliyyəti üçün təhlükə yaradan amillər, risk törədən daxili və xarici mühitin zəif və güclü tərəfləri, təhlükələrin minimuma endirilməsi və neytrallaşdırılması üzrə üsullar öz əksini tapıb.
Biblioqrafik təsvir
Üzüm: innovativ becərilmə texnologiyası, mühafizəsi və aqroekologiyası / V. S. Səlimov, A. S. Şükürov, H. N. Nəsibov, M. Hüseynov; elmi red.: M. R. Qurbanov, H. M. Şıxlinski; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnformasiya Mərkəzi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu.- Bakı: Müəllim, 2018.- 632 s.