Monoqrafiyada ilk dəfə olaraq İrəvan ədəbi mühiti geniş miqyasda əhatə olunmuşdur. Burada İrəvan ədəbi mühitində Azərbaycan xalq ədəbiyyatı və aşıq yaradıcılığı, milli mətbuatın yaranması və ideya istiqamətləri, peşəkar dram teatrının formalaşması və fəliyyəti, Azərbaycan klassik ədəbi irsi erməni ədəbi qaynaqlarında, XIX əsrin axırı, XX əsrin əvvəllərində İrəvan ədəbi mühitini şərtləndirən tarixi şərait və ictimai-siyasi, mədəni amillər öz real əksini tapmışdır.
Biblioqrafik təsvir
Məhərrəmov, Ziyəddin Həmil oğlu. İrəvan ədəbi mühiti: 1800-1920-ci illər: monoqrafiya / Z. H. Məhərrəmov ; elmi red. A. Hacıyev.- Bakı: ADPU nəşriyyatı, 2018.- 296 s.