Bu monoqrafiyada Azərbaycanda dövlət-din münasibətləri tarixi, nəzəri və hüquqi aspektlərdən tədqiq edilir. Xüsusilə, Azərbaycanda dünyəvilik prinsipinin tarixi kökləri araşdırılır, müasir dövrdə dünyada mövcud dövlət-din münasibətləri modelləri ilə müqayisə edilir. Monoqrafiyada həmçinin, müstəqillikdən sonraAzərbaycan Respublikasında din siyasətinin prioritetləri, əsas amilləri və bu siyasətin dinamikası müəyyənləşdirilir.
Biblioqrafik təsvir
Qənbərov, Asəf. Azərbaycanda dövlət-din münasibətləri: dünyəviliyin nəzəri və hüquqi əsasları: monoqrafiya / A. Qənbərov; red.: R. İ. Həsrətova, E. Ə. Ağaoğlu; Azərbaycan İlahiyyat İnstitutu.- Bakı: Nurlar NPM, 2019.- 216 s.