Azərbaycan xalqının nurlu şəxsiyyətlərindən olan, görkəmli dövlət və elm xadimi Vəli Yusif oğlu Axundovun zəngin mənəvi-siyasi irsi araşdırılarkən onun nəsillərə örnək olduğu daha qabarıq nəzərə çarpır. Jurnalist-publisist Mirvari Rəhimzadə də qələmə aldığı bu kitabla belə dahi bir şəxsiyyətin şərəfli və mənalı həyatını gənclərimizə nümunə göstərir və onun unudulmadığını, müdriklik rəmzi kimi yaddaşlarda real faktlarla təsdiq edir.
Biblioqrafik təsvir
Rəhimzadə, Mirvari Əziz qızı. Görkəmli dövlət xadimi Vəli Axundov: yaddaşlardan və arxivlərdən boylanan ömür / M. Ə. Rəhimzadə; red. V. M. Məmmədəliyev.- Bakı: Nurlar NPM, 2014.- 192 s.