Aşıq Ələsgər bir məktəbdir. O məktəb ki, yaradıcı dünyası məntiq və fəlsəfədən, folklordan yoğrulmuşdur. Bu məntiq və fəlsəfə Ustadın ruh aləmindən tutmuş yaradıcı dünyasınadək hər bir incə detalı əhatə edir. Göyçə özü əslində sazda-sözdə, Aşıq sənətkarlığında, onun nisgilli ruhunda, Dədə Qorquddan üzü bu yana Miskin Abdal - Aşıq Alı nurunda, Dədə Ələsgər hikmətində yaşayır.
İsmayılqızı, Məlahət. Göyçə ədəbi mühitinin Şah Beyti Dədə Ələsgər: Cənnətin qapıları - burası Göyçə! / M. İsmayılqızı; red. İ. Ağayev.- Bakı: AVE Print, 2025.- 296 s.