Kitab haqqında

Azərbaycan xalq ədəbiyyatı

Azərbaycan xalq ədəbiyyatı

Sərlövhə:
Azərbaycan xalq ədəbiyyatı
Müəllif:
Nəbiyev Azad
Nəşr ili:
2014
Cild:
1
Annotasiya:
Kitab ağız ədəbiyyatının öyrənilmə tarixinin müxtəsər xülasəsi ilə başlayıb qədim dövr şifahi yaradıcılığı əhatə edir. Şifahi yaradıcılıqda nəzərə çarpan, onu istiqamətlandirən meyl və hadisələr, sözün struktur tərkibinin yaranması, nitqə qədərki ünsiyyət vasitələri, mərasim folkloru və onunla bağlı yaranan kiçik janrlar, meydan tamaşaları, xalq oyunları, lirik, epik və dramatik üslublar, onların törəmə prinsipləri kitabda öz geniş şərhini tapmışdır. Eyni zamanda uşaq folkloru, erkən iqtisadi münasibətlərlə bağlı yaranan nümunələr və yeddi hecalı şeirin yaranması, bayatı və onun türk xalqları içərisində yayılmış variantları barədə də məlumat verilir.

Biblioqrafik təsvir

Nəbiyev, Azad Mövlud oğlu. Azərbaycan xalq ədəbiyyatı: dərslik / A. M. Nəbiyev; elmi red. B. Ə. Nəbiyev; red. Ü. Nəbiyeva 
I kitab.- Təkrar nəşr.- Bakı: Apostrof, 2014.- 592 s.