Dərslikdə ehtimal nəzəriyyəsi, təsadüfi proseslər nəzəriyyəsi, riyazi statistikaya aid əsas mövzular əhatə olunmuşdur. Ehtimal fəzası, təsadüfi kəmiyyət ədəbi xarakteristikaları, şərti ehtimal və şərti riyazi gözləmə, yığılma anlayışları, böyük ədədlər qanunu, gücləndirilmiş böyük ədədlər qanunu verilmiş, mərkəzi limit teoremi isbat edilmişdir. Təsadüfi prosesin tərifi, təsadüfi proseslərin təsnifatı, Puasson, Viner və şaxələnmə prosesləri, Markov zənciri və Markov zənciri vəziyyətlərinin təsnifatı şərh edilmişdir. Riyazi statistikanın əsas məsələləri araşdırılmış, ehtimal paylanmaları parametrlərinin qiymətləndirilməsi nəzəriyyəsinin bəzi metodları şərh olunmuşdur. Əsas anlayışlar 200-dən artıq məsələ və misallarla işıqlandırılmışdır.
Biblioqrafik təsvir
Əhmədova, Həqiqət Məmmədrza qızı. Ehtimal nəzəriyyəsi və riyazi statistika: dərs vəsaiti / H. M. Əhmədova.- Bakı: Gənclik, 2002.- 528 s.