Azərbaycan dövlətçiliyi tarixində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin yeri və rolu
Azərbaycan dövlətçiliyi tarixində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin yeri və rolu
Sərlövhə:
Azərbaycan dövlətçiliyi tarixində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin yeri və rolu
Müəllif:
Məmmədov Nuru
Nəşr ili:
2012
Annotasiya:
Monoqrafiyada Azərbaycan tarixi elmində indiyə qədər müstəqil bir mövzu kimi öyrənilməyən ali qanunverici, icraedici və sərəncamverici orqan olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin yaradılmasının siyasi-ideoloji və hüquqi əsasları, fəaliyyət mexanizminin istiqamətləri, ikinci respublika dövründə Azərbaycan dövlətçiliyi tarixində mühüm rolu, yeni-yeni dövlət strukturlarının yaradılmasında, sovet, milli-dövlət quruculuğunun davam və inkişaf etdirilməsində qanunvericilik fəaliyyəti müasir müstəvidə, kompleks təhlillər və sistemli müqayisələr əsasında tədqiq edilir, varlı kəndlilərə düşmən münasibət, amansız repressiya siyasəti, Azərbaycanın ərazi bütövlüyünə edilən qəsdlər, "mədəni quruculuq" pərdəsi ilə mədəni irsimizə vurulan ağır zərbələr, 20-30-cu illərin sərt və mürəkkəb ziddiyyətləri içərisində Az. MİK-in fəaliyyət istiqamətləri konkret faktlarla obyektiv araşdırılır. Eləcə də, DQMV-nın təşkili prosesi, Naxçıvan məsələsi və digər məsələlər tədqiq edilir.
Biblioqrafik təsvir
Məmmədov, Nuru Zeynalabdin oğlu. Azərbaycan dövlətçiliyi tarixində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin yeri və rolu: 1921-1938-cı illər: monoqrafiya / N. Z. Məmmədov; elmi red. F. F. İbrahimli.- Bakı: Bakı Universiteti Nəşriyyatı, 2012.- 508 s.