Folklorda say-rəqəm hesablama əməliyyatı vasitəsi olmaqla bərabər, həmçinin əski təsəvvürlərlə bağlı "sevimli", "uğurlu", "müqəddəs" bilinməklə simvolik səciyyə də daşıyıb. Xalq yaradıcılığı örnəklərində sıx-sıx işlənən belə sakramental sayların bəziləri həmçinin makro və mikro kosmos modelinin şaquli (3-9), üfüqi (4-8) durum göstəricisi kimi də baxışı çəkir. Sayların mifoloji görüşlərlə də bağlılığı danılmazdır. Araşdırmada, əsasən, türk folklor örnəkləri işığında bu deyilənlərdən, eləcə də sayların məişətdə, insan taleyində oynadığı funksiyasından, semantik simvolikasından söz açılır.
Biblioqrafik təsvir
Abdulla, Bəhlul Ağabala oğlu. Folklorda say simvolikası / B. A. Abdulla; red. Ş. H. Alışanlı; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm, 2006.- 148 s.