Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı professor Aydın Ərşad oğlu Dadaşovun "Dünya kinosu örnəklər kontekstində" monoqrafiyası Azərbaycan dilində bu mövzuda yazılmış ilk kitabdır. Bu monoqrafiyada kinematoqrafiyanın keçdiyi yol, ekran sənətinin tərəqqisinə təkan verən ən dəyərli filmlər mövcud nəzəri əsaslarla təhlil edilir.
Dadaşov, Aydın Ərşad oğlu. Dünya kinosu örnəklər kontekstində: monoqrafiya / A. Ə. Dadaşov; elmi red. V. Qafarov; red.: G. Qafarova, K. Yusifova; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.- Bakı: Şərq-Qərb, 2016.- 688 s.