- Sərlövhə:
- Heydər Əliyev
- Nəşr ili:
- 2023
- Annotasiya:
- Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından oxuculara təqdim etdiyi növbəti fundamental biblioqrafiya Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur. Dahi şəxsiyyət, uzaqgörən lider Heydər Əliyevin misilsiz fəaliyyətinin çox geniş, əhatəli olduğu nəzərə alınaraq, bu biblioqrafiyada yalnız Ulu Öndərin öz kitabları və onun haqqında yazılmış kitablar əhatə olunmuşdur. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə əhatə olunmuş kitabların mündəricatı açılmış, Ulu Öndərin zəngin həyat yolu və müstəsna fəaliyyəti ilə bağlı dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan nəşrlər də öz əksini tapmışdır.
Biblioqrafik təsvir
Heydər Əliyev: biblioqrafiya: kitabları və haqqında yazılmış kitablar = Heydar Aliyev: biblioqraphy: the books and the books written about him = Гейдар Алиев: библиография: его книги и книги о нем / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası; tərt.: M. Vəliyeva, Y. Sadıqova; elmi red. K. M. Tahirov; ön sözün müəl. İ. Ə. Həbibbəyli; red. X. Abbasova.- Bakı: Zərdabi Nəşr MMC, 2023.- 1000 s.- Azərbaycan, ingilis və rus dillərində.