- Sərlövhə:
- Falçı
- Müəllif:
- Pərvanə Sevinc
- Nəşr ili:
- 2014
- Annotasiya:
- Qarabağın S rayonunun S kəndini qəfildən sel basır və kəndin sakinlərini dədə-baba yurdundan didərgin düşmüş ailələrin çadır düşərgəsinə köçürürlər. Bu talesiz insanlarla təbii fəlakət nəticəsində köçürülən ailələr arasında gərgin ziddiyyətlər yaranır. Əsərin qadın qəhrəmanı Firuzə Bakıda İncəsənət Kollecində təhsil alıb rayona qayıtmış, bəxti gətirməyən qızlardandır. Fala baxmağı da Bakıda kirayədə qaldığı evin sahibəsindən öyrənib. İlk sevgisinə qovuşa bilməyən falçı qız ikinci sevgisinə qovuşsa da, tale yenə də onu təkləyir...
Biblioqrafik təsvir
Pərvanə, Sevinc. Falçı: roman / S. Pərvanə; red. Hacı Kənan.- Bakı: Qanun, 2014.- 196 s.